FTB məşhur aktyordan şübhələnib? | FOTOLAR

FTB məşhur aktyordan şübhələnib?  | FOTOLAR
  14 Yanvar 2025    Oxunub:802
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri gözlənilmədən Hollivud aktyoru Ben Aflekin evinə gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Hollivud ulduzları meşə yanğınları səbəbindən evlərini tərk edir
Qeyd edilib ki, agentlər yanvarın 12-də Ben Aflekin Kaliforniya ştatının Brentvud şəhərindəki evinin qarşısında fotoşəkillər çəkiblər. FTB-nin sözçüsü jurnalistlərə açıqlamasında deyib ki, əməliyyat qrupunun üzvləri konkret şəxsi hədəf almayıblar. Onlar ümumilikdə icazəsiz pilotsuz uçan aparatların qadağan olunmuş ərazilərdə fəaliyyəti ilə əlaqədar Palisades bölgəsində yaşayan sakinlərə baş çəkiblər.

Nəşr yazıb ki, FTB agentləri sadəcə Ben Aflekdən müşahidə kamerasında hər hansı görüntülərin qalıb-qalmadığını öyrənmək istəyiblər. Söhbət pilotsuz uçan aparatın yanğınsöndürən təyyarələrdən birinə zərər verməsinə dair görüntülərdən gedir.

Bundan əvvəl Ben Aflekin meşə yanğınları səbəbindən evini tərk etdiyi bildirilirdi. Jurnalistlər aktyorun övladları ilə birlikdə yaşadığı keçmiş həyat yoldaşı Cennifer Qarnerinin yanına getdiyini yazıb.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   FTB  





Xəbər lenti